Qəzalara səbəb olan görünməz yol nişanı gün üzünə çıxdı


Digərləri 13 Avq 2021 14:22:00 184 0

Qəzalara səbəb olan görünməz yol nişanı gün üzünə çıxdı

Son.az bildirir ki, ötən gün avtosfer.az-a gələn şikayət əsasında yayımladığımız xəbər öz nəticəsini verib. Xan Şuşinski küçəsində ağacların dalında gizlənən yol nişanını artıq 150 metrdən görmək mümkündür. Belə ki, yol nişanının qarşısını bağlayan ağaclar budanaraq problem aradan qaldırılıb. 

Xatırladaq ki, Xan Şuşinski ilə Hənifə Ələsgərovanın kəsişdiyi nöqtədə hər gün qəzaların olması barədə redaksiyamıza şikayət göndərən oxuyucu buna səbəb olaraq yol nişanının görünməməsini göstərmişdi. Aidiyyatı qurumlara məslə ilə bağlı dəfələrlə şikayətçı olduğuqlarını bildirən vətəndaş hələ də problemin həll olunmadığını qeyd etmişdi. Yol üzrə ekspert Elməddin Muradlı da məsləyə açıqlama gətirərək, şikayətlərinə baxılmadığı halda zərərçəkənlərin aidiyyatı qurumlardan təzminat tələb edə biləcəklərini vurğulamışdı.