Avropada 44 ildən sonra temperatur rekordu qırıldı


Dünya 12 Avq 2021 19:34:00 165 0

Avropada 44 ildən sonra temperatur rekordu qırıldı

Avropada havanın temperaturu 44 illik rekordu yeniləyib və demək olar ki, 49 dərəcəyə çatıb.

Son.az oxu.az-a istinadən bildirir ki, avqustun 11-də Siciliyanın Sirakuza şəhərində havanın temperaturu 48,8 dərəcə olub. Buna qədər yalnız 1977-ci il avqustun 11-də Afinada 48 dərəcə temperatur qeydə alınıb.

Avropa alimləri həmçinin növbəti günlərdə bu rekordun yenilənəcəyini istisna etməyiblər.