Ağdaş rayonunda su problemi yaşanır


Digərləri 11 Avq 2021 11:06:00 142 0

Ağdaş rayonunda su problemi yaşanır

Kanaldan su bol axır, lakin sakinlər sahələrini suvara bilmir. Səbəb isə  supaylayıcı hidroqurğuların olmamasıdır.

Son.az Xezerxeber-ə istinadən bildirir ki, Ağdaş rayonunun Qobuüstü kənd sakinləri bu qurğuların olmaması səbəbindən əkdikdiləri çəltiyi, bostanı, yonca  sahələrini süvarmaqda  çətinlik çəkirlər.

Məsələ ilə bağlı Ağdaş Suvarma Sistemləri İdarəsindən "Xəzər Xəbər"ə bildirdilər ki, Qobuüstü kəndi ərazisində 770 hektar  sahə hazırda suvarma suyu ilə təmin edilib. Əkin sahələrinə suyun verilməsində L 1 və L 2 adlı kanallardan istifadə olunur. Sözügedən hidroqurğulardan L1 kanalında yoxdur. 

Bildirildi ki,   L1 kanalında idarə tərəfindən plana salınaraq layihələndirmə işləri aparılacaq. Bundan sonra  sözügedən problem aradan qaldırılacaq.