“Android” istifadəçilərinə virus


Dünya 11 Avq 2021 09:36:00 138 0

“Android” istifadəçilərinə virus

"Android" istifadəçilərinin sosial media hesabları oğurlana bilər.

Son.az oxu.az-a istinadən bildirir ki, bu barədə Amerikanın "Zimperium" şirkətinin mobil təhlükəsizlik üzrə ixtisaslaşmış analitikləri xəbərdarlıq ediblər.

Bildirilir ki, ilk dəfə 2021 -ci ilin martında ortaya çıxan zərərli proqram "FlyTrap" adlanır.

Araşdırmalar zamanı dünyanın 144 ölkəsində ən az 10 min insanın sözügedən troyan virusun qurbanı olduğu öyrənilib.

Analitiklər virusun vətəninin Vyetnam ola biləcəyini düşünürlər.

Virus həmçinin "Google Play Store" vasitəsilə də yayılıb: sayt rəhbərliyi ən az doqquz yoluxmuş proqramı silib (ancaq digər mağazalarda hələ də mövcuddur).