Özbəkistan Azərbaycanla investisiya əməkdaşlığının inkişafında maraqlıdır


Digərləri 11 Avq 2021 07:00:00 167 0

Özbəkistan Azərbaycanla investisiya əməkdaşlığının inkişafında maraqlıdır

Özbəkistan Azərbaycanla investisiya və sənaye əməkdaşlığının inkişafında maraqlıdır.

Son.az xəbər verir ki, bunu Trend-ə Özbəkistan İnvestisiyalar və Xarici Ticarət Nazirliyindən bildiriblər.

Qeyd olunub ki, hər iki ölkənin iqtisadiyyatları ortaq cəhətlərə malikdir və bir-birini tamamlayır, bütün bunlar intensiv əməkdaşlıq üçün əlverişli şərait yaradır:

"Sevindiricidir ki, Azərbaycanın işgüzar dairələri də özbəkistanlı tərəfdaşları ilə əməkdaşlığa böyük maraq göstərir. Bunu Özbəkistanda yaradılmış və fəaliyyət göstərən müəssisələrin sayı da göstərir (200-ə yaxın). Onlar, əsasən ticarət, maşınqayırma və metal emalı, maliyyə və sığorta, daşınmaz əmlakla əməliyyatlar, energetika, xidmət sferası, zərgərlik məmulatlarının istehsalı və təmiri, qida sənayesi, yüngül sənaye kimi sahələrdə fəaliyyət göstərir".

Nazirlikdən bildiriblər ki, son üç il ərzində Özbəkistanda dövlət investisiya proqramı çərçivəsində Azərbaycandan 30 milyon dollara yaxın birbaşa investisiya əldə olunub: