“19 yaşında qızdır, narkotikin təsirindən küçədə...”


Şou-biznes 10 Avq 2021 18:18:00 141 0

“19 yaşında qızdır, narkotikin təsirindən küçədə...”

"Karantindən sonrakı toylara qürur hissi ilə baxırdım. İştirak etdiyim məclislərdə səhnədə oynayan oğullarımıza baxanda 44 günlük Vətən Müharibəsini xatırlayırdım".

Son.az xəbər verir ki, bu sözləri yenisabah.az-a danışan Əməkdar artist Elza Seyidcahan deyib. O, pandemiyadan sonrakı məclislərə qürur hissi ilə baxdığını bildirib:

"Biz pandemiyadan əvvəlki toylara gedəndə hardasa düşünürdük ki, gənclərdir də oynayır. Lakin müharibədən sonra onlara daha fərqli baxırıq. Məclisdə oynayan gəncləri gördükcə müharibədən kadrlar süjet kimi gözlərimin önündən keçir. Düşünürəm ki, orada neçə-neçə oğullarımız özlərini fəda etdilər, 30-35 yaşlı əsgərlər 18-19 yaşlılar yaralanmasın deyə özlərini qabağa atıb, canlarını fəda etdilər. Bunları düşündükcə kövrəlirəm, qazandığımız zəfər qürur verir. Bu baxımdan pandemiyadan sonrakı toylarla əvvəlkilər arasında çox böyük fərq var.

Əsas odur ki, toylar oldu, pandemiyadan əvvəl neçə-neçə gəncimiz gəlinliksiz, duvaqsız, vağzalısız ailə qurdu. Bunlar əsas deyil əsas olan məhz xoşbəxtlikdir. Ailələr hər zaman övladlarının xoş gününü yüksək səviyyədə keçirməyə çalışır, bunun üçün əllərindən gələni edirlər".

Sənətçinin sözlərinə görə, əsas olan dəbdəbəli məclis keçirmək yox, sağlam ailələrin təməlini qoymaqdır:

"Bəzən görürsən ki, gənclər giley-güzar edirlər ki, "Filankəs toyunda üç paltar dəyişdi, mən birini". Əsas olan bunlar deyil, əsas qurulan ailənin sağlam və möhkəm olmasıdır. Mən özüm də anayam, qızıma, oğluma toy məclisi keçirmişəm, onlar gəlib evdə narazılıq ediblər. Həmişə onlara demişəm ki, təki gileyiniz belə xırda şeylər olsun, əsas odur xoşbəxt olasınız, narazı qaldığınız məqamları övladlarınızın 1 yaşını qeyd edəndə aradan qaldırarsınız, lap istəsəniz gəlinlik də geyinib yenidən özünüzə məclis keçirərsiniz".