Bu preparat orqanizmdə koronavirus yükünü 70% azaldır Effektiv dərman


Dünya 09 Avq 2021 20:17:00 124 0

Bu preparat orqanizmdə koronavirus yükünü 70% azaldır  Effektiv dərman

Finlandiya mütəxəssisləri koronavirusun müalicəsində yeni preparatları sınaqdan keçirirlər.

Onlar 3 yeni dərmanın üzərində dayanıblar: biri xərçəngə qarşı imatinib, autoimmun xəstəliklərin müalicəsində istifadə edilən infliksimab, üçüncüsü malyariya əleyhinə artesunatdır.

Son.az xəbər verir ki, qanda lipid və xolesterin əleyhinə dərman olan fenofibratın da koronavirusa effektiv təsiri sübut olunub.

Alimlər müəyyən edib ki, fenofibrat virusun hüceyrələrdə yayılmasının qarşısını ala bilər. Hələ ki, bu preparat patentləşməyib.