Koronavirus qorxusundan 9 ay evdən çıxmadı, ilk çıxdığı gün ÖLDÜ


Dünya 09 Avq 2021 20:04:00 130 0

Koronavirus qorxusundan 9 ay evdən çıxmadı, ilk çıxdığı gün ÖLDÜ

İngiltərənin Ueymut şəhərinin 62 yaşlı sakini Sara Lyuis koronavirus qorxusundan 9 ay ərzində evdən bayıra çıxmayıb, lakin onun ölümünə səbəb də dolayısı yolla elə virusdan qorxusu olub.

Son.az xarici mətbuata istinadən xəbər verir ki, Sara küçəyə çıxdığı ilk gün dünyasını dəyişib.

Belə ki, qadın yolu keçərkən yaxınlıqdakı avtomobilə fikir verməyib və başı çantasından maska çıxartmağa qarışıb. Həmin an Saranı görməyən sürücü maşını arxaya verərkən qəza törədib.

Avtomobilin altında qalan qadın hadisə yerində keçinib.