Koronavirusdan ağciyərləri 100% zədələnmiş pasiyenti xilas etdilər


Dünya 09 Avq 2021 19:54:00 134 0

Koronavirusdan ağciyərləri 100% zədələnmiş pasiyenti xilas etdilər

Kubanda 2 saylı klinik xəstəxanada 54 yaşlı koronavirus xəstəsi 100% ağciyər zədələnməsi ilə İVL aparatına qoşulmuşdu. Həkimlər onun sağ qalacağına ümid etməsə də sona kimi mübarizə apardılar.

Son.az xəbər verir ki, kişi hələ martın 1-də çox ağır vəziyyətdə xəstəxanaya yerləşdirilmişdi. Hər iki ağciyərlərində 70% tutulma var idi.

O, reanimasiyada 58 gün qalır. Ümumilikdə müalicə 103 gün davam edib.

"Həkimlər əsl möcüzə yaratdı. Kişi 11 iyundan normal həyata qayıdıb. Reanimasiyada onun həyatı uğrunda 10 həkim, 20 tibb bacısı mübarizə aparıb" - deyə qubernator yazıb. /medicina.az