Hacıqabulda fərdi yaşayış evi əşyaları ilə birgə yanıb


Digərləri 09 Avq 2021 07:05:00 176 0

Hacıqabulda fərdi yaşayış evi əşyaları ilə birgə yanıb

Hacıqabul rayonunun Qubalı kəndində ümumi sahəsi 288 m² olan ikimərtəbəli (hər mərtəbəsi 144 m²) 6 otaqlı evdə yanğın olub.

Fövqəladə Hallar Nazirliyindən Son.az-a verilən məlumata görə, evin yanar konstruksiyaları, ev əşyaları, evin damına yığılan 100 ədəd, evə bitişik yığılan 300 ədəd taxta taralar və yaxınlıqda ümumi sahəsi 150 m² olan köməkçi tikilinin dam örtüyünün yanar konstruksiyaları 2 m² sahədə yanıb.

Tikilinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.