Qrenlandiyanın buz təbəqəsi sürətlə əriyir


Digərləri 08 Avq 2021 23:55:00 150 0

Qrenlandiyanın buz təbəqəsi sürətlə əriyir

Qrenlandiyada havanın temperaturunun artması səbəbindən buz təbəqəsi sürətlə əriyir.

Son.az report.az-a istinadən bildirir ki, iyulun 28-dən bəri hər gün təxminən səkkiz milyard ton buz əriyib - bu, yay mösümündə gözləniləndən iki dəfə çoxdur.

Ötən çərşənbə günü - iyulun 28-də havanın rekord - 19,8 temperaturu qeydə alınıb. Ümumilikdə 2021-ci ilin yazında ada 100 milyard tondan çox buz itirib.

Qeyd edilir ki, əgər Qrenlandiyanın buz örtüyü tamamilə ərisə, dənizin səviyyəsi azı 6 metr artacaq. Nəticədə dünyanın sahilyanı şəhərləri su altında qalacaq, hərçənd onlar daim bu təhlükə ilə üz-üzədir.