Badamın bilmədiyiniz


Digərləri 08 Avq 2021 23:10:00 235 0

Badamın bilmədiyiniz

Daha sağlam qidalanmaq istəyənlər, kilo vermək ya da idman edərkən bəslənməsini gücləndirmək istəyənlər, badamın faydalarını araşdırır. Çiy və ya qovrulmuş badamları yeyə və ya şirniyyatlarınıza, yeməklərinizə əlavə edə bilərsiniz.

Bəs badamın faydaları nələrdir? Son.az medicina.az-a istinadən badamın faydaları haqqında məlumat verir. 1. Antioksidan Deposu Antioksidanlar vücudumuzu oksidatif stres və vücud hüceyrələrimizə zərər verə biləcək sərbəst radikallardan qoruyur. Badam zəngin antioksidan qaynağıdır və antioksidanların çoxu qəhvərəngli badamın qabığında olur. 2. Qan xolesterolunu yaxşılaşdırır Badamdakı yağ doymamış yağdır. Bu cür yağlar LDL (pis) xolestrolu artırmaz. 3. Qan şəkərini normaya salar Badam karbohidrat baxımından zəif, protein və lif baxımından isə zəngindir. Badamdakı maqnezium qan şəkərini nəzarət etməyə və insulin funksiyasını yaxşılaşdırar. 4. Kilo verməyə kömək edər Yağ miqdarı nisbətən yüksək olmasına baxmayaraq badam çəki verməyə kömək edər. Protein və lif tərkibi iştahanızı azaldar. 5. E vitamini qaynağıdır Badam bir çox çərəzlərdən daha yüksək miqtarda E vitamini tərkiblidir. Eyni zamanda, E vitamini alzaimer riskini azaldır. 6. Sümük gücünü artırır Mütəxəssislər badamların sümük sağlamlığı üçün faydalı olduğunu deyirlər. 7. Qan təzyiqini aşağı salır Yüksək təzyiq infarkt və insult kimi problemlərə yol açar. Araşdırmalar maqnezium qəbulunun yüksək təzyiq riskini azaltdığını göstərir. 8. Toxluq hissini artırır Protein, sağlam yağlar və lif baxımından yüksək, amma karbohidrat miqdarı aşağı olan badam, toxluq hissini artırır. 9. Badamın göz sağlamlığına faydaları E vitamini tərkibli badam göz sağlamlığı üçün önəmli rol oynayar. 10. Dərinizi qidalandırar Badamın dəri üçün bilmədiyiniz faydaları vardır. Badam üz və kosmetik vasitələrin ayrılmaz bir parçasıdır. 11. Yaddaşı gücləndirir Badam tərkibi ilə yaddaşı gücləndirir və beyni yaxşılaşdırır. 12. Anemiyanın müalicəsində faydalıdır Badam anemiyanın qarşısını almaq üçün lazımlı olan dəmir, mis və yetərli hemoqlobin artıran vitamin tərkiblidir. 13. Qlütensizdir Badam qlüten allergiyası olanlar üçün faydalıdır. 14. Enerji qaynağıdır Badam yeməklə, gün ərzində daha enerjili ola bilərsiniz. 15. Öd daşının qarşısını alır Badam öd kisəsinin və qaraciyərin problemsiz işləməsini təmin edərək öd daşlarının yaranmasının qarşısını alır.