Autostar Kaukasus 25 illiyini qeyd edir!


Digərləri 06 Avq 2021 14:45:00 123 0

Autostar Kaukasus 25 illiyini qeyd edir!

Yarandığı gündən müştərilərini yüksək xidmətlə sevindirən Autostar Kaukasus artıq 25 yaşındadır. Mercedes-Benz avtomobillərinin ölkəmizdə rəsmi dileri olan şirkət bu illər ərzində hər zaman alıcıların xəyallarını gerçəkləşdirməyə çalışıb.

135 illik tarixə malik Mercedes-Benz markası həmişə mükəmməl dizayn, orijinallıq, innovativlik və güvən verməsi ilə fərqlənməyi bacarıb. Mercedes-Benz digər avtomobil markalarından hər modelinin dizaynını nəsildən-nəsilə ciddi şəkildə dəyişməsi ilə də seçilir. Bu da özündə müxtəlif yaş qruplarından olan insanlar üçün brendin aktuallığını qoruması deməkdir.

Təmsil etdiyi markanın qoyduğu yüksək səviyyədən ilhamlanan Autostar Kaukasus Mercedes-Benz brendinin insanlarda dəbdəbə, sürət və yeni texnologiyalara qarşı yaratdığı ehtirasına həmişə xüsusi qayğı ilə yanaşıb. Bu da, Autostar Kaukasus-da alman brendi ilə bağlı neçə-neçə hekayələrin başlanğıc anının yaşanmasına imkan yaradıb.

Nəticədə nəsillər dəyişsə də, insanların həyatına qatılan müsbət emosiyalar dəyişməz qalmaqda davam edir.

Buna görə, təəccüblü deyil ki, Autostar Kaukasus 25 ildir ki, "ən yaxşı və ya heç nə" deyənlərin seçimidir!