Nikol Paşinyanın qonşusu kim olacaq?


Digərləri 06 Avq 2021 14:16:00 137 0

Nikol Paşinyanın qonşusu kim olacaq?

Ermənistanın "Hraparak" qəzeti yazır ki, parlamentinin yeni (köhnə) spikeri Alen Simonyan tezliklə ailəsi ilə birlikdə hökumət bağlarına köçəcək. İddia olunur ki, guya Nikol Paşinyan bunu şəxsən ona təklif edib.

Son.az nəşrə istinadən xəbər verir ki, burada baş nazirdən başqa Konstitusiya Məhkəməsinin rəhbəri, Müdafiə naziri, Xarici İşlər Nazirliyinin rəhbəri və digər vəzifəli şəxslər yaşaya bilər. Lakin bunun üçün hökumət başçısının təklifi ilə və prezidentin təsdiqi gərəkdir. Ancaq keçmiş spiker Ararat Mirzoyan da evini tərk etməyəcək - onun Xarici İşlər Nazirliyinin rəhbəri olacağı gözlənilir. 2020-ci il noyabrın 9-da baş verən hadisədən sonra da özünü buradakı hökumət evlərində daha təhlükəsiz hiss edir.

Kamran Seyidov Son.az