Yunanıstanda meşə yanğınlarının baş verdiyi bölgədən 300dən çox insan xilas edildi
Dünya 04 Avq 2021 08:49:00 137 0
Yunan yanğınsöndürənləri Afinanın Varibobi şəhərətrafı qəsəbəsində güclü meşə yanğınlarının baş verdiyi ərazidən 300-dən çox vətəndaşı xilas edib.
Son.az Trend-ə istinadən xəbər verir ki, bu barədə brifinqdə vətəndaşların müdafiəsi işləri üzrə nazirinin müavini Nikos Hardalias bildirib.
Onun sözlərinə görə, bütün gecə işləyəcək yanğınsöndürənlər üç əsas sahədə - Afinanın şimalındakı Varibobi, Adames və Frakomakedones yaşayış məntəqələri yaxınlığında yanğını söndürür.
Daha əvvəl bu üç yaşayış məntəqəsinin sakinləri, eləcə də Olympiako-Horio kənd sakinləri təxliyə edilib.
Mənbə: milli.az