Tokio Olimpiadasında koronavirusa daha 29 yoluxma halı qeydə alınıb


Dünya 04 Avq 2021 08:40:00 160 0

Tokio Olimpiadasında koronavirusa daha 29 yoluxma halı qeydə alınıb

Son 24 saat ərzində Tokioda keçirilən Yay Olimpiya Oyunlarının keçirilməsinə cəlb edilən 29 nəfərdə koronavirus aşkarlanıb.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bu barədə "Tokio-2020"nin təşkilat Komitəsinin Saytında deyilir.

Bildirilir ki, Olimpiya Oyunlarının keçirilməsinə cəlb edilənlər arasında koronavirusa yoluxanların ümumi sayı 322 nəfərə çatıb.

Qeyd edək ki, "Tokio-2020" Yay Olimpiya Oyunları avqustun 8-i başa çatacaq.