24 qadını zorlayan müğənni saxlanıldı FOTO


Şou-biznes 04 Avq 2021 03:03:00 160 0

24 qadını zorlayan müğənni saxlanıldı  FOTO

Qadınlara qarşı cinsi zorakılıqda təqsirləndirilən məşhur pop qrupu "EXO"nun ulduzu Kris Vu Pekin polisi tərəfindən saxlanılıb.

Son.az axşam.az-a istinadən xəbər verir ki, "CNN"in məlumatına görə, 30 yaşlı musiqiçinin gənc qadınları dəfələrlə onunla cinsi əlaqədə olmağa məcbur etdiyi iddia edilir.

Müğənni ilə bağlı ilk şayiələr ötən ay Çinin "Weibo" sosial şəbəkəsində ortaya çıxıb. Du Meizhu adlı 18 yaşlı qız müğənni tərəfindən cinsi təcavüzə məruz qaldığını yazıb. Onun sözlərinə görə, Kris Vu ona təcavüz edəndə 17 yaşı var idi. Onu klipində çəkilməsi üçün kastinqə evinə dəvət etdiyini, spirtli içki verdiyini və sonra təcavüz etdiyini söyləyib. O, açıq şəkildə Kris Vunu cinsi zorakılıqda günahlandırdıqdan sonra onun qurbanı olan digər qadınların da ona yazdığını qeyd edib.

K-pop ulduzu ümumilikdə 24 qadını təcavüz etməkdə ittiham olunur.

İfaçı ötən ay haqqındakı iddiaları təkzib edib və bu söz-söhbətə səbəb olanları məhkəməyə verəcəyini bildirib.