Cəlilabadda iki avtomobil toqquşub


Digərləri 03 Avq 2021 23:51:00 156 0

Cəlilabadda iki avtomobil toqquşub

Cəlilabad rayonunda "Mercedes" və "VAZ" markalı iki minik avtomobili toqquşub.

Son.az APA-ya istinadən xəbər verir ki, bu barədə məlumat Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olub.

Hadisə yerinə cəlb olunan Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri deformasiyaya uğrayan "Mercedes" markalı minik avtomobilində sıxılı vəziyyətdə qalan 1 nəfəri çıxararaq aidiyyəti üzrə təhvil veriblər.