“BioNTech” malyariya və vərəmə qarşı peyvənd yaratmağı planlaşdırır
Digərləri 03 Avq 2021 23:55:00 182 0
Almaniyanın ABŞ şirkəti ilə birgə koronavirusa qarşı vaksin yaradan "BioNTech" firması müştərək texnologiya ilə malyariya əleyhinə peyvənd yaratmağı planlaşdırır.
Bu barədə şirkətin press-relizində deyilir.
"BioNTech" bu gün özünün Afrika qitəsində davamlı peyvənd tədarükünü təmin edəcək və yüksək təsirli vaksinin hazırlanmasını ehtimal edən malyariya peyvəndi layihəsinə başladığını elan etdi", - deyə şirkətin məlumatında bildirilir.
Qeyd edilir ki, kliniki sınaqların başlanğıcı üçün ən perspektivli nümunələrin əldə edilməsi 2022-ci ilin sonuna planlaşdırılır.
Mənbə: milli.az