Türkiyədə turist avtobusu aşıb, ölənlər var


Dünya 02 Avq 2021 21:20:00 239 0

Türkiyədə turist avtobusu aşıb, ölənlər var

Türkiyənin Antalya vilayətinin Manavgat şəhərində turistləri daşıyan avtobus qəzaya uğrayıb.

Trend-in Türkiyə KİV-lərinə istinadən verdiyi məlumata görə, qəza nəticəsində 4 nəfər Rusiya vətəndaşı həlak olub, 5 nəfər isə xəsarət alıb.

Bildirilir ki, avtobusda aralarında doqquzu uşaq olmaqla 22 sərnişin daşınıb.