Minlərlə əfqan qaçqın Türkiyəyə axışır


Digərləri 02 Avq 2021 19:05:00 173 0

Minlərlə əfqan qaçqın Türkiyəyə axışır

Talibanın Əfqanıstanda möhkəmləndikdən sonra ölkəni tərk edən minlərlə qaçqın İran sərhədindən keçərək Türkiyəyə keçdiyi ilə bağlı iddialar gündəmə gəlib.

Son.az haberler.com-a istinadən xəbər veir ki, bu dəfə sosial mediada yüksək bir təpədən çəkilən videodan izdihamlı qrupların iki ayrı qrupla sərhədi keçdikləri görünür. Bu görüntü qısa müddətdə gündəmə çevrilib. Qrupların keçdiyi kadrlarda, heyvan sürülərini qoruyan itlərin bu insanlara reaksiya verdikləri görülür. Videonu çəkən şəxs hər gün minlərlə insanın Türkiyə sərhədini bu şəkildə keçdiyini iddia edir.

Kamran Seyidov Son.az