Goranboyda 36 yaşlı kişi yol qəzasında öldü


Digərləri 02 Avq 2021 12:02:00 122 0

Goranboyda 36 yaşlı kişi yol qəzasında öldü

Goranboy rayonunda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

Son.az avtosfer.az-a istinadən bildirir ki, hadisə Goran qəsəbəsində qeydə alınıb.

Avtomobil yolu qarşı tərəfə keçmək istəyən rayon sakini, 1985-ci il təvəllüdlü Samir Füzuli oğlu Əsgərovu avtomobil vuraraq öldürüb.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.