Ağstafada maşın işıq dirəyinə çırpılıb, sürücü xəsarət alıb
Digərləri 30 İyl 2021 22:44:00 231 0
Ağstafada yol-nəqliyyat hadisəsi baş verib.
Son.az APA-ya istinadən bildirir ki, hadisə rayonun Vurğun qəsəbəsində qeydə alınıb.
Hərəkətdə olan minik maşını idarəetmədən çıxıb, nəticədə avtomobil yoldan çıxaraq işıq dirəyinə çırpılıb. Qəza zamanı 1974-cü il təvəllüdlü Əsgərov Nurlan Baloğlan oğlu xəsarət alaraq xəstəxanaya yerləşdirilib, vəziyyətinin orta ağır olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.
Mənbə: milli.az