Astroloq hər bürc üçün ən yaxşı geyim rənglərini açıqladı


Digərləri 28 İyl 2021 02:33:00 150 0

Astroloq hər bürc üçün ən yaxşı geyim rənglərini açıqladı

Tanınmış britaniyalı astroloq İnbaal Honigman hər bürcün nümayəndələrinə uyğun olan rəngləri açıqlayıb.

Son.az oxu.az-a istinadən xəbər verir ki, bu barədə "Daily Mail" xəbər verib.

Londonlu mütəxəssisin sözlərinə görə, hər bürcün aparıcı gücü və xarakterik xüsusiyyətləri var və bu onların stilinə özünəməxsus şəkildə təsir edir.

""Dolça"lar üçün göy rəngli əşyalara üstünlük vermək daha yaxşıdır, çünki bu rəng onlara xas keyfiyyətləri - sakitliyi, inam və etibarlılığı simvollaşdırır. "Balıq" "Dolça" ilə  bir çox oxşar xüsusiyyətlərə malikdir, buna görə firuzə rəngi onlar üçün uyğundur", - deyə o, biuldirib.

Mütəxəssisin fikrincə "Qoç"lara qarderobda qırmızı paltarlara sahib olmaq daha yaxşıdır.

"Dəb baxımından qırmızı ən parlaq və ən cəlbedici rəngdir", - deyə  Honigman əlavə edib.

Honigman "Buğa"nı "Dolça"nın dünyəvi prototipi adlandırıb, bu səbəbdən sözügedən bürcün nümayəndələrinə yaşıl çalarlarda paltar seçmələrini tövsiyə edib.