Zümrüd boşanma səbəbini açıqladı "Övladım bu verilişi izləyəcək deyə..." VİDEO


Şou-biznes 28 İyl 2021 01:01:00 206 0

Zümrüd boşanma səbəbini açıqladı  "Övladım bu verilişi izləyəcək deyə..."  VİDEO

Aparıcı Zümrüd Bədəlova "Onun sirri" proqramının növbəti qonağı olub. O, həyat yoldaşından boşanmasının səbəblərini açıqlayıb. Aparıcıya  ailəsinin dağılmasına səbəb olan şəxslərdən birinin adı yazılan kağız təqdim olunub.

Son.az sherq.az-a istinadən xəbər verir ki, o, sözügedən adamın adını çəkmədən bunları söyləyib:

"Övladım bu verilişi izləyəcək deyə ad çəkə bilmirəm. Amma hansısa qadın ailəsinin dağılmasını istəməz. Orada mütləq üçüncü şəxs olur. Mənim boşanmamda isə dördüncü, beşinci, altıncı və saysız şəxslər rol oynadı.

Keçmiş həyat yoldaşımla  yaxınlarımızın istəyi,  əməlləri, pis niyyətləri, ailəmi dağıtmaq mücadilərinin nəticəsində boşandıq. Suala cavab verərəm, lakin qızım izləyir. O, kağızda adı yazılan adamın xətrini çox istəyir. Ona görə də sualıcavablandıra bilmərəm.

Bircə onu bilin ki, kiminsə sizin pisliyinizi düşünməsi belə kifayət edir. Təmizsənsə, onun pis niyyəti səni tutur. O pis duaların,qarğışların hamısı mənə təsir etdi. Kiməsə nəsə etmədim.