Hepatitə yoluxmuş insanla cinsi əlaqə təhlükəlidirmi?


Digərləri 26 İyl 2021 23:39:00 111 0

Hepatitə yoluxmuş insanla cinsi əlaqə təhlükəlidirmi?

Hepatit C ciddi xəstəliklərdən biridir. Bu xəstəliyə yalnız narkotik istifadəçiləri və ya qan köçürülən insanlar deyil, hər birimiz yoluxa bilərik.

Yoluxma halı ən çox xəstələrlə daimi kontaktda olan insanlar üçün realdır.

Bəs hepatit C-dən əziyyət çəkən insanla cinsi əlaqə qurmaq olar? Əgər sevdiyiniz insan xəstədirsə, o zaman nə etmək lazımdır?

Son.az bildirir ki, alimlərin uzun illər boyunca apardıqları araşdırmalar göstərir ki, hepatit C virusuna cinsi yolla yoluxma riski çox aşağıdır. Bu riski tam aradan qaldırmaq üçün isə bəzi qoruyucu tədbirlər görülməlidir.

Hepatit C virusuna cinsi yolla daha çox daimi partnyoru olmayan şəxslər yoluxur. Bu xəstəliyə ən çox yoluxma riski fahişələr və homoseksuallardadır.

Hepatit C xəstələrinin vaginal mayelərində və spermalarında kifayət qədər infeksion axıntı olmadığına görə əlaqə zamanı qoruyucudan istifadə etmək vacib deyil. Burada əsas məsələ cinsi orqanların zədəli olub-olmaması və ya başqa bir cinsi infeksiyanın olmasıdır.

Menstural qanaxma zamanı yoluxma riski də artmış olur. Belə olan halda qoruyucudan istifadə vacib olur. Eyni aspektdən götürsək partnyorlar yara və kəsikləri bağlamalı və müalicə etməlidirlər. Çünki istənilən qanayan yara sağlam orqanizmi bu virusa yoluxdura bilər. Bu həmçinin anal seksə də aid edilir.