Vaksinasiyadan başqa, çıxış yolu yoxdur Şahmar Mövsümov


Digərləri 26 İyl 2021 15:24:00 135 0

Vaksinasiyadan başqa, çıxış yolu yoxdur  Şahmar Mövsümov

Koronavirusdan çıxmağın yeganə yolu tam vaksinasiya olunmaqdır.

Son.az Trend-ə istinadən bildirir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi Şahmar Mövsümov Operativ Qərargahın bu gün keçirilən brifinqində deyib.

Ş.Mövsümov bildirib ki, əhali tam peyvənd olunduqdan sonra koronavirusa qalib gələ bilərik: "Hər hansı başqa bir yol yoxdur. Peyvənd bütün ölkələrin prioritet məsələsidir və Azərbaycanda da prioritet olmaqda qalır. Biz özümüzün və yaxınlarımızın peyvənd olunaraq mümkün qədər tez bu bəladan xilas olmağa töhfəmizi verməliyik".