"Reanimasiyada yanımda dəqiqədə bir xəstə ölür"


Şou-biznes 26 İyl 2021 14:14:00 170 0

"Reanimasiyada yanımda dəqiqədə bir xəstə ölür"

"19 gün Rusiyada reanimasiyada qaldım. Həmin günlər ərzində ölümlə üz-üzə qaldım".

Son.az xəbər verir ki, bunu koronavirusdan yeni sağalan Əməkdar artist Mətanət İsgəndərli "Zaurla Günaydın" verilişində deyib.

Xanım sənətçi hər gün yanında COVİD xəstəsi öldüyünü deyib:

"Reanimasiyada yanımda dəqiqədə bir xəstə ölür. Hətta yanımda biri öldü, qorxurdum. Qorxumdan yorğanı üzümə çəkdim ki, görməyim də. Amma yenə də dayan bilmirdim, bir gözümlə o ölən şəxsə baxırdım. Yanımda ölüb, həm qorxuram, həm də maraq da var. Həkimlər də baxırlar ki, o neynir belə?!".