İspaniyalı motoyarışçı Milian turnir zamanı qəzada həlak oldu


Dünya 26 İyl 2021 07:14:00 185 0

İspaniyalı motoyarışçı Milian turnir zamanı qəzada həlak oldu

İspaniyalı motoyarışçısı Uqo Milian "European Talent Cup" turnirində qəzaya uğrayaraq həlak olub.

Trend TASS-a istinadən xəbər verir ki, bu barədə dairə-şosse motoyarışları üzrə Dünya çempionatının (MotoGP) mətbuat xidməti məlumat verib.

Hadisə İspaniyanın Araqon əyalətində keçirilən yarışlarda baş verib. Yarışların ən gənc iştirakçısı - 14 yaşlı idmançı xəstəxanaya çatdırılsada həyatını xilas etmək olmayıb.

Altı qat "MotoGP" çempionu ispaniyalı Mark Markes Milianın yaxınlarına başsağlığı verib.