Gəncədə taksi sürücüsü bıçaqlanıb


Digərləri 25 İyl 2021 23:11:00 164 0

Gəncədə taksi sürücüsü bıçaqlanıb

Gəncədə bıçaqlanma hadisəsi baş verib.

Son.az APA-ya istinadən xəbər verir ki, hadisə şəhərin Natavan qəsəbəsində yerləşən restoranların birinin qarşısında qeydə alınıb.

Taksi fəaliyyəti ilə məşğul olan, 1978-ci il təvəllüdlü Həsənov Tariyel Valeh oğlu restoranın qarşısında bıçaqlanıb. O, xəstəxanaya yerləşdirilib.

Xəstə əməliyyat olunub, vəziyyətinin kafi olduğu bildirilir.