Çində körpü çöküb, ölənlər var


Dünya 25 İyl 2021 22:59:00 334 0

Çində körpü çöküb, ölənlər var

Çinin cənubundakı Quandun əyalətində inşa edilməkdə olan körpünün bir hissəsi çöküb.

Son.az Trend-ə istinadən bildirir ki, bu barədə Sinxua xəbər agentliyi məlumat verib.

Hadisə nəticəsəində iki nəfər həlak olub, üç nəfər isə itkin düşüb.

Bələdiyyə idarəsinin məlumatına əsasən, körpü sütunlarından birinin dağılması nəticəsiəndə çöküb və nəticədə beş fəhlə dənizə düşüblər. Daha sonra fəhlələrdən ikisinin cəsədi dənizdən çıxarılıb, üçünün isə axtarışları davam edir.