“Vaksin olunan insanların immuniteti Delta ştammı qarşısında aciz qalacaq” –


Digərləri 25 İyl 2021 22:15:00 162 0

“Vaksin olunan insanların immuniteti Delta ştammı qarşısında aciz qalacaq” –

Son 2-3 ayda koronavirus peyvəndi olunan çox insanın yeni Hindistan və Delta ştammı qarşısında dözümsüzlük göstərərək yoluxub, hətta ölməsi faktları artır.

Rusiyalı həkim, "Sübutlu tibb" mərkəzinin rəhbəri Sofya Dorinskaya Rusiyada baş həkimin koronavirusdan ölümü barədə açıqlama verib. O, peyvənd olunmasına baxmayaraq həkimin virusa yoluxub ölməsinin mexanizmini açıqlayıb.

Son.az medicina.az-a istinadən bildirir ki, Dorinskaya koronavirusun sürətlə mutasiyaya uğradığı və kəskin epidemik vəziyyətdə insanların tez-tələsik peyvənd olunmasının epidemioloji qanunlara zidd olduğunu bildirib:

"Vəziyyət düzəlməyib, biz yenə də yoluxma dalğasındayıq, peyvəndlər vurulur, amma xəstəxanalar doludur, xəstələr ölür. İnsanlar çaşqınlıq içindədir.

Öncə deyim ki, insanın xarici faktora, virusa, infeksiyaya qarşı 2 immunitet tipi var. Birincisi təbii qazanılmış immunitetdir - insan hər hansı virus və xəstəliyə təbii yolla yoluxur və bundan sağalır. Təbii olaraq virus atakına məruz qalıb orqanizmə canlı virus keçdikdə, bu virus orqanizmin 100 min illik immunitet baryerlərini, müdafiə qatlarını keçir, hissə-hissə keçir və immunitet onu tədricən tanıyır. Bu baryerlər çoxdur: burun, göz, selikli qişalar, qan, ağciyərlər. Bu zaman orqanizm virusla tədricən ünsiyyətdə olub, onun yoluxma mexanizmini öyrənir.

Təbii ki, insanın immuniteti elə qurulub ki, əgər o güclüdürsə, heç bir defisit, xroniki xəstəlik yoxdursa, axır-əvvəl bu virusla mübarizə aparıb, qalib gəlir. Bu zaman çox güclü, hətta ömürlük immunitet cavabı, antitel formalaşır. İkincisi süni, yəni vaksin immunitetidir.

Süni vaksin immuniteti təbii immunitetdən onunla fərqlənir ki, bu virus hissəciyi bədənin bütün baryerlərini görmədən, keçmədən birbaşa orqanizmə yeridilir və immunitet onu lazımi qədər tanımır. Bu təbii virusla tanışlıqdan daha zəif olur. Epidemiya zamanı yoluxma o qədər ani, sürətlə, hava -damcı yolu ilə baş verir ki, orqanizm bir-iki baryeri keçən virusa qarşı ilk dəqiqələrdən dərhal mübarizəyə və antitel hasil olmağa başlayır.