"Xırıltıyla mənə dedi ki, Seva, koronavirusa yoluxmuşam"


Şou-biznes 25 İyl 2021 18:58:00 257 0

"Xırıltıyla mənə dedi ki, Seva, koronavirusa yoluxmuşam"

"Mənim üçün bu xəbəri eşitmək çox ağırdır. Hələ də inanmıram".

Son.az axşam.az-a istinadən bildirir ki, bu sözləri müğənni Sevda Əliqızı Xalq artisti Səməd Səmədovla bağlı paylaşımında yazıb. Sənətçi duet ortağı, ötən gün dünyasını dəyişən ifaçı haqda fikirlərini bölüşüb:

"Bir gün əvvəl telefonla danışıb səhhətini soruşdum. Xırıltıyla mənə dedi ki, Seva, koronavirusa yoluxmuşam. Dedim, özünü ələ al, sağalacaqsan. Amma inanmazdım ki, Səmədi belə tez itirərik. Məkanın cənnət olsun, Səməd. Səni unutmayacağıq".

Qeyd edək ki, S.Səmədov ötən gün yerləşdirildiyi xəstəxanada vəfat edib. 74 yaşlı sənətçi koronavirusa yoluxmuşdu.