Səməd Səmədov son mənzilə yola salındı FOTOlar


Şou-biznes 25 İyl 2021 18:34:00 201 0

Səməd Səmədov son mənzilə yola salındı  FOTOlar

Xalq artisti Səməd Səmədov son mənzilə yola salınıb.

Son.az axşam.az-a istinadən bildirir ki, müğənninin nəşi dəfn olunmaq üçün Yasamal qəbiristanlğına aparılıb. Onunla vidalaşmağa gələnlər arasında sənət dostları da yer alıblar.

Mərhum sənətçinin oğlu media nümayəndələrinə çəkiliş etmək üçün imkan verməyib. O, media nümayəndələrinin qəbiristanlığa buraxılmasına icazə verməyib.

Qeyd edək ki, S.Səmədov 74 yaşında ötən gün vəfat edib. O, bir neçə gün əvvəl koronavirusa yoluxub və xəstəxanaya yerləşdirilib.