Makedoniyadan gələn avtobus qəzaya düşdü Xeyli ölən var


Dünya 25 İyl 2021 17:54:00 108 0

Makedoniyadan gələn avtobus qəzaya düşdü  Xeyli ölən var

Xorvatiyanın şimal-şərqində sərnişin avtobusunun iştirakı ilə yol qəzası baş verib.

Son.az Trend-ə istinadən xəbər verir ki, sərnişin avtobusu qeyri-müəyyən səbəbdən yolun kənarındakı küvetə aşıb.

Məlumata əsasən, qəza nəticəsində 8 nəfər həlak olub, onlarla insan xəsarət alıb.

Bildirilir ki, Slavonski-Brod şəhəri yaxınlıında baş verən qəzadakı avtobus Şimali Makedoniyadan gəlirmiş.

Qəzanın səbəbi barədə məlumat verilmir.