Badamdar qəsəbəsində dağ ətəyində yanğın olub


Digərləri 25 İyl 2021 00:28:00 236 0

Badamdar qəsəbəsində dağ ətəyində yanğın olub

Bakının Səbail rayonu, Badamdar qəsəbəsi ərazisində, dağətəyi yerdə yanğın baş verib.

Son.az APA-ya istinadən xəbər verir ki, hadisə zamanı əsasən quru ot, kol-kos yanıb. Yanğın hazırda da davam edir.

Əraziyə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürən maşınları cəlb olunub. Yanğının söndürülməsi istiqamətində işlər görülür.