Fransada sanitar buraxılış vərəqələrinə qarşı mitinqlərə 160 min sakin qoşulub


Dünya 24 İyl 2021 23:54:00 247 0

Fransada sanitar buraxılış vərəqələrinə qarşı mitinqlərə 160 min sakin qoşulub

Fransada sanitar buraxılış vərəqələrinin tətbiqinə qarşı keçirilən etiraz aksiyalarında 160 mindən çox insan iştirak edib.

Son.az Trend-ə istinadən bildirir ki, bu barədə respublikanın Daxili İşlər Nazirliyi məlumat verib.

Nazirlikdən verilən məlumata əsasən, ölkənin bütün bölgələrində 168 nümayiş baş tutub. Aksiyalar Lion, Marsel, Strasburq, Lil və digər böyük şəhərlərdə təşkil edilib.

İğtişaşlar zamanı 9 nəfər saxlanılıb.