“Oğlan olmayana kimi dayanmayacağıq”


Digərləri 24 İyl 2021 23:45:00 173 0

“Oğlan olmayana kimi dayanmayacağıq”

14 qız sahibi 29 yaşlı Latın Amerikalı Avqustina İqera əri Xoseyə oğlan uşağı verənə kimi hamilə qalıb doğmağı qarşısına məqsəd qoyub.

Son.az gent.az-s istinadən xəbər verir ki, qadın bundan sonra 10 dənə də qızı olsa, oğlan olmayana kimi dayanmayacağını bildirir.

Hazırda 14 uşağı olan ailə gündə cəmi 3 saat yatır, qalan saatları uşaqlara sərf edir. Ana uşaqlara gündə 9 dəfə yemək hazırlayır.

Böyük qızlarının 14 yaşı var, kiçik qızları 6 aylıqdır.

Uşaqlardan 4-ü əvvəlki nikahdan, 10-u isə ikinci əri Xose ilə nikahındandır. Avqustina ilk dəfə 15 yaşında hamilə qalıb.