İkinci övladları dünyaya gəldi


Şou-biznes 24 İyl 2021 17:37:00 216 0

İkinci övladları dünyaya gəldi

39 yaşlı Kirsten Danst və 33 yaşlı Cessi Plemons ikinci dəfə valideyn olub.

Son.az axşam.az-a istinadən bildirir ki, aktyor cütlük bunu mediadan gizli saxlamağa çalışıb. Paparassilər isə Kirsten övladı ilə gəzintidə olarkən görüntüləyib.  

Aktrisanın hamilə olması xəbəri mediada bu ilin martında yayılıb. "W" dərgisi üçün obyektiv qarşısına keçən sənətçi yeni şəkillər çəkdirmişdi.