Məşhur aktyor evində ölü tapıldı


Şou-biznes 24 İyl 2021 11:32:00 131 0

Məşhur aktyor evində ölü tapıldı

Türkiyəli məşhur aktyor Levent Aykul Antalyadakı evində ölüb.

Son.az axşam.az-a istinadən xəbər verir ki, 61 yaşlı aktyorun bacısı Emel Kalkandelen onu öz yatağında hərəkətsiz vəziyyətdə tapıb. Hazırda L.Aykulun ölüm səbəbi araşdırılır.

Qeyd edək ki, mərhum aktyor "Palata Akademiyası", "Sərt çəngəl", "18-cilər" filmlərindəki obrazları ilə məşhurlaşıb.