Şəmkirdə baş verən qəzada iki nəfər ölüb
Digərləri 23 İyl 2021 22:16:00 132 0
Şəmkirdə ölümlə nəticələn ağır yol qəzası baş verib.
Son.az APA-ya istinadən bildirir ki, hadisə rayonun Yeni Həyat kəndində qeydə alınıb.
Hərəkətdə olan "Mercedes" markalı minik avtomobili ilə "VAZ "markalı avtomobil toqquşub.
Qəza zamanı iki nəfər hadisə yerində ölüb.
Hadisə yerinə DYP əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.
Mənbə: milli.az