"Əsas qızın əxlaqı, mənliyi təmiz olsun" İzzət


Şou-biznes 23 İyl 2021 14:10:00 137 0

"Əsas qızın əxlaqı, mənliyi təmiz olsun"  İzzət

"Oğlum şou-biznesdən qız sevsə, evlənmələrinə razı olaram".

Son.az xəbər verir ki, bu sözləri lent.az-a açıqlamasında müğənni İzzət Bağırzadə deyib. O, bildirib ki, övladlarının ailə qurmaq seçimlərinə qarışmayacaq: 

"Övladlarımın ailə qurmaq seçimlərinə qarışmayacam. Əsas qızın əxlaqı, şəxsiyyəti, vicdanı, mənliyi təmiz olsun. Allahını tanıyan, Allahdan qorxan olsun. Allahın əmirlərinə qarşı çıxmasın. Yoxsa filankəs müğənnidi, o biri aktrisadı... heç bunun önəmi yoxdur. Bizim müğənnilər dünyaya elə uşaqlar gətiriblər ki... 

İ,Bağırzadə bildirib ki, oğlu sənətini davam etdirmək istəyir: 

"İllər öncə belə bir açıqlama verdim ki, övladlarımın şou-biznesdə olmasını istəmirəm. Amma heç kimin qabağını kəsmək olmur. Oğlum Əli verilişimdə mahnı oxudu. Əvvəl hərəsini başqa peşələrdə görürdüm. "Oğlanlarımın üçü də fərqli sənətləri seçiblər. Məsələn Əli oğlum müğənni olmaq istəyir. Mən başqa janrda mahnı ifa edirəm, oğlumsa rok janrına üstünlük verir. Getdim onun üçün studiyada mahnı yazdırdım. İndi də efirə çıxmaq istəyir".