Yaşayış binasında yanğın 30 nəfər təxliyə edildi


Digərləri 23 İyl 2021 10:10:00 126 0

Yaşayış binasında yanğın  30 nəfər təxliyə edildi

Bakı şəhərinin Xəzər rayonunda beşmərtəbəli yaşayış binasında yanğın olub.

Son.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumatına görə, binanın üçüncü mərtəbəsinin pilləkən qəfəsində quraşdırılan elektrik lövhəsində 10 ədəd sayğac və çıxış kabeli 8 p.m yanıb. Yüksək temperaturdan 1 ədəd qaz sayğacı əriyib.

Yanğın zamanı yanğınsöndürənlər tərəfindən 30 nəfər bina sakini təhlükəsiz əraziyə təxliyə olunub. Mənzillər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.