Sabirabadda 52 yaşlı qadın qətlə yetirilib


Digərləri 22 İyl 2021 23:38:00 160 0

Sabirabadda 52 yaşlı qadın qətlə yetirilib

Sabirabadda qətl törədilib.

Son.az APA-ya istinadən xəbər verir ki, Sabirabad şəhərindəki uşaq bağçalarının birində gözətçi işləyən və orda yaşayan Sabirabad rayonunun Ulaclı kənd sakini, 1969-cu il təvəllüdlü Ağayeva Mübarək Azadə qızının küt alətlə qətlə yetirilmiş meyiti aşkar edilib. Onun kim tərəfindən və nə vaxt qətlə yetirildiyi hüquq-mühafizə orqanları tərəfindən araşdırılır.

Faktla bağlı Sabirabad rayon prokuroluğu tərəfindən cinayət işi açılıb.