Azərbaycan Tacikistana 40 min doza “AstraZanesa” vaksini göndərib


Digərləri 22 İyl 2021 21:12:00 228 0

Azərbaycan Tacikistana 40 min doza “AstraZanesa” vaksini göndərib

Azərbaycan Tacikistana humanitar yardım kimi COVID-19-a qarşı 40 min doza "AstraZanesa" vaksini göndərib.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, Düşənbə hava limanında vaksinin Tacikistan tərəfinə təhvil verilməsi mərasimində bu ölkədəki səfirliyimizin müşaviri Vüqar İbrahimov, nazirliyin idarə rəisi Novruz Cəfərov və digər rəsmi şəxslər iştirak edib. Bildirilib ki, istifadə olunana qədər vaksinlər nazirliyin xüsusi anbarında saxlanacaq.

Bu ilin mart ayından COVAX proqramı çərçivəsində Tacikistana 192 min doza "AstraZanesa" vaksini gətirilib.

İyunun sonunda isə Çindən humanitar yardım kimi 300 min doza "CoronaVac" vaksini göndərilib.