Bu gün 17 mindən çox vaksin vurulub


Digərləri 22 İyl 2021 19:50:00 162 0

Bu gün 17 mindən çox vaksin vurulub

Bu gün Azərbaycanda koronavirus əleyhinə 17 067 vaksin vurulub.

Son.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Birinci mərhələdə peyvənd olunanların sayı 5 392, ikinci mərhələ üzrə 11 675 nəfərdir.

Ölkədə vurulan peyvəndlərin ümumi sayı 4 415 967, birinci mərhələ üzrə vaksin olunanların sayı 2 602 510, ikinci mərhələ üzrə isə 1 813 457 nəfər təşkil edir.