Büdcənin 6 aylıq gəlir və xərcləri ilə bağlı rəsmi məlumat


Digərləri 22 İyl 2021 19:30:00 185 0

Büdcənin 6 aylıq gəlir və xərcləri ilə bağlı rəsmi məlumat

Dövlət büdcəsinin gəlirləri 12177,2 mln. manat proqnoza qarşı 11755,0 mln. manat və ya 96,5 faiz icra olunub.

Son.az Trend-ə istinadən bildirir ki, Maliyyə Nazirliyinin hesabatına əsasən, cari ilin birinci yarımilində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xətti ilə dövlət büdcəsinə 4342,0 mln. manat vəsait daxil olub ki, bu da proqnoza nisbətən 851,6 mln. manat və ya 24,4 faiz, 2020-ci ilin eyni dövrü ilə müqayisədə isə 336,7 mln. manat və ya 8,4 faiz çoxdur. Həmin vəsaitin 73,1 faizi və yaxud 3175,3 mln. manatı qeyri-neft sektorundan daxilolmaların payına düşməklə, 2020-ci ilin eyni dövrü ilə müqayisədə 276,2 mln. manat və ya 9,5 faiz çox olub.

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin xətti ilə dövlət büdcəsinə 2038,2 mln. manat vəsait təmin edilib ki, bu da proqnoza nisbətən 259,7 mln. manat və ya 14,6 faiz, 2020-ci ilin eyni dövrü ilə müqayisədə isə 18,4 mln. manat və ya 0,9 faiz çoxdur.

Azərbaycan Respublikasının Dövlət Neft Fondundan dövlət büdcəsinə 4696,7 mln. manat və ya altı aylıq proqnozla nəzərdə tutulduğundan 1403,2 mln. manat (23,0 faiz) az vəsait daxil olub.

Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən dövlət əmlakının icarəyə verilməsindən icarə haqqı şəklində dövlət büdcəsinə 7,3 mln. manat vəsait daxil olmaqla proqnoza 135,2 faiz əməl edilib, 2020-ci ilin eyni dövrü ilə müqayisədə isə 2,7 mln. manat və ya 1,6 dəfə çox olub.

2021-ci ilin ilk altı ayı ərzində dövlət büdcəsinin xərcləri 12070,8 mln. manat proqnoza qarşı 11590,5 mln. manat və ya 96,0 faiz icra edilib.