52 yaşlı qadının meyiti tapıldı Kimin öldürdüyü bilinmir


Digərləri 22 İyl 2021 17:30:00 215 0

52 yaşlı qadının meyiti tapıldı  Kimin öldürdüyü bilinmir

Sabirabadda qətl törədilib.

Son.az APA-ya istinadən bildirir ki, Sabirabad şəhərindəki uşaq bağçalarının birində gözətçi işləyən və orda yaşayan Sabirabad rayonunun Ulaclı kənd sakini, 1969-cu il təvəllüdlü Ağayeva Mübarək Azadə qızının küt alətlə qətlə yetirilmiş meyiti aşkar edilib. Onun kim tərəfindən və nə vaxt qətlə yetirildiyi hüquq-mühafizə orqanları tərəfindən araşdırılır.

Faktla bağlı Sabirabad rayon prokuroluğu tərəfindən cinayət işi açılıb.