Erməni silahlı dəstəsinin məhkəməsi davam edir


Digərləri 22 İyl 2021 14:12:00 96 0

Erməni silahlı dəstəsinin məhkəməsi davam edir

Bakı Apelyasiya Məhkəməsinin inzibati binasında erməni terrorçu silahlı birləşmənin daha 13 üzvünün-Hovanesyan Haykaz Koryunoviç, Manukyan Varazdat Amuşavanoviç, Stepanyan David Stepanoviç, Tosunyan Levan Aşotoviç, Baqdasaryan Artur Eduardoviç, Avakyan Serop Surenoviç, Arutyunyan Varazdat Veryojeviç, Manukyan Jora Vanoeviç, Herabyan Hrayr Hraçoviç, Qosparyan Narek Aqaoviç, Kureqyan Qriqor Qaqiqoviç, Qevorkyan Aşot Artakoviç, Aqramanyan Martin Muşeğoviçin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilir.

Son.az Trend-ə istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Eldar İsmayılov sədrliyi ilə keçirilən prosesdə prokuror təqsirləndirilən şəxslərə cəza istəyəcək.

Məlumata görə, Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən 13 dekabr 2020-ci il tarixdə eçirilmiş anti-terror əməliyyatı nəticəsində tərksilah edilmiş Ermənistan Respublikasının vətəndaşları olan silahlı dəstələrin üzvləri barəsində DTX-nin İstintaq Baş idarəsində başlanmış cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb.

İstintaq nəticəsində müəyyən edilib ki, cinayətkar silahlı birləşmələrin üzvləri 2020-ci ilin 26-27 noyabr tarixlərində Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq mütəşəkkil dəstə halında keçməklə Xocavənd rayonunun Hadrut qəsəbəsinin şimal-qərb hissəsində meşəlik və digər ərazilərində döyüş mövqeləri tutaraq 13 dekabr 2020-ci il tarixədək olan müddət ərzində ölkə ərazisində yerləşən müəssisə, idarə, təşkilatlara, habelə ayrı-ayrı şəxslərə silahlı basqınlar etmiş, ictimai təhlükəsizliyi pozmaq, əhali arasında vahimə yaratmaq, Azərbaycan Respublikasının dövlət hakimiyyət orqanları və beynəlxalq təşkilatlar tərəfindən qərar qəbul edilməsinə təsir göstərmək məqsədilə insanların həlak olması, onların sağlamlığına zərər vurulması, əhəmiyyətli əmlak ziyanının vurulması və başqa ictimai təhlükəli nəticələrin baş verməsi təhlükəsi yaradan partlayış, yanğın və digər terror əməlləri törədiblər.

Məlumat verildiyi kimi, silahlı dəstənin əvvəlcə 14, sonra isə daha 13 nəfər üzvü barəsində cinayət işinin istintaqı yekunlaşdırılaraq təsdiq edilmiş ittiham aktı ilə birlikdə baxılması üçün məhkəməyə göndərilib.

Sadalanan faktlarla bağlı qanunsuz silahlı birləşmənin digər üzvlərinin - Mikaelyan Andranik Vazgenoviç, Soğomonyan Setrak Samveloviç, Karapetyan Rafik Robertoviç və qeyriləri də daxil olmaqla, ümumilikdə daha 26 təqsirləndirilən şəxsin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 214.2.1, 214.2.3-cü (terrorçuluq, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən odlu silahdan və silah qismində istifadə olunan predmetlərdən istifadə etməklə törədildikdə), 228.3-cü (mütəşəkkil dəstə tərəfindən qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, saxlama, daşıma və gəzdirmə), 279.2-ci (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin və ya qrupların tərkibində müəssisələrə, idarələrə, təşkilatlara və ya ayrı-ayrı şəxslərə basqın etmə) və 318.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə ittiham olunmalarına dair cinayət işinin istintaqı yekunlaşdırılaraq Azərbaycan Respublikasının Baş prokurorunun müavini tərəfindən təsdiq edilmiş ittiham aktı ilə birlikdə baxılması üçün məhkəməyə göndərilib.

Koray Avcının sevgilisinin kimliyi bilindi like
  • 22 İyl 14:10  
Şou-biznes Koray Avcının sevgilisinin kimliyi bilindi

Koray Avcı ilk dəfə sevgilisi ilə görüntülənib. 

arrow Ətraflı
Azad edilmiş Bəzirxana kəndindən görüntülər  VİDEO like
  • 22 İyl 14:08  
Digərləri Azad edilmiş Bəzirxana kəndindən görüntülər VİDEO

Kəlbəcər rayonunun Bəzirxana kəndindən videogörüntülər yayılıb.

arrow Ətraflı
Sumqayıtda 21 yaşlı oğlan özünü asdı like
  • 22 İyl 14:04  
Digərləri Sumqayıtda 21 yaşlı oğlan özünü asdı

Sumqayıtda 21 yaşlı gənc intihar edib.

arrow Ətraflı
"Su və rəng ahəngi2021" akvarel sərgisi çərçivəsində müzakirə keçiriləcək like
  • 22 İyl 14:02  
Digərləri "Su və rəng ahəngi2021" akvarel sərgisi çərçivəsində müzakirə keçiriləcək

Beynəlxalq Suluboya Cəmiyyəti (İWS Globe) Azərbaycandakı nümayəndəliyi

arrow Ətraflı
Bu sahədə çalışan 1500 şəxs peyvəndlə bağlı tədqiqata cəlb olunub like
  • 22 İyl 13:58  
Digərləri Bu sahədə çalışan 1500 şəxs peyvəndlə bağlı tədqiqata cəlb olunub

Səhiyyə sahəsində çalışan 1500 şəxs peyvəndlə bağlı tədqiqata cəl

arrow Ətraflı
Üzərindən "patı" çıxdı, həyətində çətənə kolları aşkarlandı  FOTO like
  • 22 İyl 13:52  
Digərləri Üzərindən "patı" çıxdı, həyətində çətənə kolları aşkarlandı FOTO

Şəmkir rayon polis şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat

arrow Ətraflı
Prezident İlham Əliyev Daşkəsəndə Şəhidlər xiyabanını ziyarət edib  FOTO like
  • 22 İyl 13:49  
Siyasət Prezident İlham Əliyev Daşkəsəndə Şəhidlər xiyabanını ziyarət edib FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 22-də Daşkəsə

arrow Ətraflı
Azərbaycan sülhməramlıların nəzarətindəki ərazilərdə qaydaqanun yaradacaq like
  • 22 İyl 13:46  
Siyasət Azərbaycan sülhməramlıların nəzarətindəki ərazilərdə qaydaqanun yaradacaq

Əgər Vətən müharibəsinin ilk günlərindən Türkiyənin Azərbaycana d

arrow Ətraflı
Prezident İlham Əliyev Daşkəsən rayonunda səfərdədir  FOTO like
  • 22 İyl 13:43  
Siyasət Prezident İlham Əliyev Daşkəsən rayonunda səfərdədir FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 22-də Daşkəsə

arrow Ətraflı
Azərbaycan və Rusiya Xəzər regionu ilə bunu müzakirə edir like
  • 22 İyl 13:40  
Digərləri Azərbaycan və Rusiya Xəzər regionu ilə bunu müzakirə edir

"Rusiya Dəmir Yolları" şirkəti ilə "Azərbaycan Dəmir Yolla

arrow Ətraflı
Məşhur müğənni qazi ilə hind rəqsi oynadı like
  • 22 İyl 13:34  
Şou-biznes Məşhur müğənni qazi ilə hind rəqsi oynadı

Müğənni Nüşabə Musayeva ikinci Qarabağ müharibəsində hər iki ayağın

arrow Ətraflı
Nizami rayonunda “patı” satan saxlanıldı  FOTO like
  • 22 İyl 13:22  
Digərləri Nizami rayonunda “patı” satan saxlanıldı FOTO

Polis əməkdaşları tərəfindən narkotik vasitə və psixotrop maddələrin

arrow Ətraflı
“Delta” ştammı bütün dünyaya qadağaları qaytarır like
  • 22 İyl 13:16  
Dünya “Delta” ştammı bütün dünyaya qadağaları qaytarır

Koronavirusun "Delta" ştammının sürətlə yayılması dövlətlər

arrow Ətraflı
Xalq artistinin oğlu xərçəngdən əziyyət çəkir  Yardım istəyir like
  • 22 İyl 13:10  
Şou-biznes Xalq artistinin oğlu xərçəngdən əziyyət çəkir Yardım istəyir

Mərhum Xalq artisti Eldəniz Zeynalovun oğlu ağır xəstəliyə düçar olub.

arrow Ətraflı