Paşinyan Azərbaycanla sülh danışıqlarına hazır olduğunu bəyan etdi


Digərləri 22 İyl 2021 14:46:00 162 0

Paşinyan Azərbaycanla sülh danışıqlarına hazır olduğunu bəyan etdi

Ermənistanda baş nazir səlahiyətlərini icra edən Nikol Paşinyan ölkəsinin Azərbaycanla sülh danışıqlarına başlamağa hazır olduğunu təsdiqləyib.

Son.az aysor.am-a istinadən xəbər verir ki, bu barədə o, hökumətin iclasında bildirib.

"Sülh və sabitliyin alternativi yoxdur. Ermənistan hökuməti bölgə üçün dinc inkişaf dövrü açmaq vəzifəsini yerinə yetirməyə qərarlıdır", - deyə Paşinyan vurğulayıb.